16 İyul 2024, 10:07
DİGƏR
Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun Amerika Kubokunun finalında Argentina ilə oyun zamanı qalmaqal yaşayıb. Matc.az xəbər verir ki, 71 yaşlı funksioner Mayamidəki stadionun VİP zonasında davada iştirak edib.
O, liftlərdən birinə daxil olmağa çalışsa da, stadionda çalışan işçi heyətinin argentinalılara üstünlük verməsi insidentə səbəb olub. Nəticədə o və oğlu stadion işçilərinə hücum çəkiblər. Ramon Xesurun polis tərəfindən saxlanıldığı üçün matçın ardından mükafatlandırma mərasimində iştirak edə bilməyib.
Qeyd edək ki, Kolumbiya yığması Amerika Kubokunun finalında Argentinaya 0:1 hesabı ilə məğlub olub.