23 qat olimpiya çempionu amerikalı üzgüçü Maykl Felps ESPN-in versiyasına görə 21-ci əsrin ən yaxşı idmançısı kimi tanınıb.

Matc.az xəbər verir ki, Serena Uilyams (tennis) və Lionel Messi (futbol) ikinci və üçüncü yerləri tutublar.

Siyahı dövrümüzün 100 ən yaxşı idmançısını əhatə edir. Reytinq tərtib edilərkən nəşrin bütün dünya üzrə filialları öz namizədlərini irəli sürüb, sonra isə müəyyən edilən idman ulduzlarına 70 minə yaxın səs toplanıb.

İlk “10-luq” aşağıdakı kimidir:

1. Maykl Felps (üzgüçülük).

2. Serena Uilyams (tennis).

3. Lionel Messi (futbol).

4. Lebron Ceyms (basketbol).

5. Tom Bredi (NFL futbolçusu)

6. Rocer Federer (tennis).

7. Simona Beyls (gimnastika).

8. Tayqer Vuds (qolf).

9. Useyn Bolt (atletika).

10. Kobi Brayant (basketbol).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest