Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə aprelin 27-dən 29-a dək Kikboksinq üzrə 25-ci Respublika çempionatı Sərhəd Qoşunlarının "Sərhədçi" İdman Kompleksində keçirildi.
Rakus.az xəbər verir ki, minlərlə idmançının iştirak etdiyi turnir maraqlı və gərgin mübarizələri ilə çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Daha çox diqqət cəlb edən yarışlardan biri isə 69+ çəki dərəcəsində 14 yaşlı idmançılar arasında oldu. çünki final qarşılaşmasında Nazim Həsənovun rəqibi özündən çox cüssəli, hündür və böyük idi. Digər tərəfdən isə Nazimin bir gün əvvəl qalib gəldiyi yarımfinal oyunundan dərhal sonra finalda qarşılaşacağı rəqibinə göndərdiyi ismarış finalın son dərəcə gərgin və maraqlı olacağını göstərirdi. çünki yeniyetmə idmançı bəyan etmişdi ki, rəqibin kimliyindən, təcrübəsindən və gücündən asılı olmayaraq ona da qəlib gəlib Azərbaycan çempionu olacam. Bu gün keçirilən final gözlənildiyi kimi son dərəcə gərgin və qarşılığlı mübarizə şəraitində keçdi. Göründüyü kimi rəqibin Nazimdən böyük olmasına baxmayaraq o, verdiyi sözün son ana qədər üstündə duraraq peşəkarlığı və bacarığı sayəsində Azərbaycan çempionu oldu.
Azərbaycan çempionu Həsənov Nazim Vəfa oğluna kuboku və diplomu Azərbaycan Kikboksinq Federasiyasının sədri, Milli Məclisin deputatı Adil Əliyev təqdim etdi.
Xatırladaq ki, İdrak liseyinin şagirdi olan Nazim Həsənov "Naxçıvan" İdman Klubunun yetirməsidi.