20 İyul 2024, 17:50
FUTBOL
Yeni mövsümdə I Liqada mübarizə aparacaq “İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bölgə təmsilçisi “Qaradağ Lökbatan”dan Mehdi Tahirovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Qeyd edək ki, Mehdi Tahirov daha əvvəl “Qarabağ” və “Neftçi”nin formasını geyinib.