20 İyul 2024, 19:39
FUTBOL
Danimarkalı hücumçu Martin Breytveytin “Olimpiakos”a transferi uğursuzluqla nəticələnib.
Matc.az xəbər verir ki, Breytveyt hazırda Afinadan İspaniyaya qayıdır, çünki “Olimpiakos” ilə danışıqlar nəticə verməyib. Futbolçu ilə klub müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.
33 yaşlı danimarkalı hazırda azad agentdir və yeni klub axtarmağa davam edir. O, yayda “Espanyol”dan ayrılıb.
Qeyd edək ki, Breytveyt daha çox “Barselona”dakı çıxışı ilə tanınır. O, Kataloniya klubunun heyətində 58 matçda 10 qol vurub. Təcrübəli futbolçunun Danimarka millisində də 69 oyunda 10 qolu var.