Norveç çempionatının XV turunun “Rusenborq” – “Lilleström” oyunu yarımçıq dayandırılıb. Matc.az xəbər verir ki, buna səbəb azarkeşlərin VAR sisteminə etirazları olub.

Hakimin start fitindən 2 dəqiqə sonra azarkeşlər meydançaya çox sayda balıq atıblar. Baş hakim komandaları paltardəyişmə otağına aparsa da, 7 dəqiqə sonra mübarizə bərpa olunub. Lakin bu dəfə fanatlar tüstü bombası və tennis topları atıblar. Dörd dəfə fasilə yarandıqdan sonra, nəhayət, referi qarşılaşmanın təxirə salınmasını qərara alıb.

Qeyd edək ki, hazırda “Lilleström” 19 xalla 8-ci, “Rusenborq” isə 17 xalla 13-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest