“Barselona”nın mərkəz müdafiəçisi Ronald Arauxo Amerika Kubokunda Uruqvay millisinin heyətində sağ diz vətərindən zədə aldığı üçün əməliyyat olunub.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat bu gün Finlandiyada klub həkimlərinin nəzarəti altında keçirilib və uğurlu alınıb. Klubun mətbuat xidmətindən futbolçunun sağalma müddəti barədə dəqiq məlumat verilməyib.

İki müstəqil mənbənin (ESPN və AS) məlumatına görə, Arauxo 4 aya qədər sıradan çıxa bilər, yəni ən yaxşı halda dekabrda meydana çıxacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest