15 Oktyabr 2026, 21:49
FUTBOL
İtalyan mütəxəssis Davide Nikola "Venesya" klubunun yeni baş məşqçisi təyin olunub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub rəhbərliyi 53 yaşlı baş məşqçi ilə 2027/2028-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Bildirilir ki, Nikola bu postda oktyabrın 13-də istefaya göndərilən Covanni Stroppanı əvəzləyib. Çempionata ardıcıl altı məğlubiyyətlə başlayan "Venesya" turnirdə hələ heç bir xal qazana bilməyib.
Yeni baş məşqçinin son iş yeri "Kremoneze" olub. O, karyerası ərzində "Livorno", "Krotone", "Udineze", "Cenoa", "Torino", "Salernitana", "Empoli" və "Kalyari" klublarına da rəhbərlik edib.












