Futbol insayderi Fabrisio Romano "Real"ın 2027-ci il üçün müdafiə xəttini gücləndirmək planları barədə məlumat paylaşıb, həmçinin ötən yayın transfer detallarını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist öz sosial şəbəkə hesabında məlumat yayıb.

"Kral klubu"nun rəhbərliyi 2027-ci ildə heyətinə ən azı bir dünya səviyyəli mərkəz müdafiəçisi cəlb etməyi qarşısına qəti hədəf qoyub.

Bildirilir ki, madridlilər ötən yay "İnter"in aparıcı müdafiəçisi Alessandro Bastoni və "Mançester Siti"nin müdafiə xəttinin lideri Ruben Diaşın namizədliyini ciddi şəkildə nəzərdən keçiriblər.

Lakin İspaniya nəhəngi italyan və portuqaliyalı futbolçuların yüksək transfer qiymətinə görə bu keçidlərdən imtina edib. Nəticədə diqqət azad agent statusu ilə komandaya pulsuz başa gələn fransalı müdafiəçi İbraima Konatenin transferinə yönəldilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest