Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizə start götürəcək. Matc.az xəbər verir ki, açılış mərasimi iyulun 26-na təyin edilən Olimpiadada azarkeşlər bu gündən başlayaraq, yarışları izləyə biləcəklər.
Sayca 33-cü olan Yay Olimpiya Oyunlarında ilk olaraq futbolçular səhnəyə çıxacaqlar. Kişilərdən ibarət komandaların mübarizəsi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu gün həmçinin reqbiçilərin mübarizəsi start götürəcək.
Azərbaycan yığması Fransada bu idmançılarla təmsil olunacaq:
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Batut gimnastikası
Selcan Mahsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Atletika
Anna Skidan (çəkicatma)
Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
3x3 basketbol
Qadın yığması
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta (sablya)
Kamandan oxatma
Yaylagül Ramazanova
Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah
Ramil Vəlizadə
Cüdo
Balabəy Ağayev (60 kq)
Yaşar Nəcəfov (66 kq)
Hidayət Heydərov (73 kq)
Zelim Tçkayev (81 kq)
Elcan Hacıyev (90 kq)
Zelim Kotsoyev (100 kq)
Uşanqi Kokauri (+100 kq)
Leyla Əliyeva (48 kq)
Gültac Məmmədəliyeva (52 kq)
15 idman növü üzrə çıxış edəcək olimpiyaçılarımızın startı sabah reallaşacaq. Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yaylagül Ramazanova qoşulacaq. Kamandan oxatmada mübarizə aparan Yaylagül sıralama turunda qüvvəsini sınayacaq. Qadınların yarışı Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.