24 İyul 2024, 14:45
PARİS-2024
Kanada Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunları öncəsi Yeni Zelandiyanın qadın futbol komandasının məşqi zamanı pilotsuz təyyarənin uçuşu ilə bağlı açıqlama yayıb. Matc.az xəbər verir ki, kanadalılar buna görə üzr istəyiblər.
Bildirilib ki, iki gün əvvəl Yeni Zelandiya tərəfinin şikayəti əsasında Sent-Etyendə Kanadanın qadın futbol komandasının akkreditə olunmamış üzvü saxlanılıb. Onun Yeni Zelandiya məşqini lentə almaq üçün drondan istifadə etdiyi güman edilir. Kanada tərəfi baş vermiş hadisəyə görə üzrxahlıq edib.
Qeyd edək ki, Kanada və Yeni Zelandiya yığmaları olimpiadanın A qrupunda yer alıblar. Bu komandalar sabah I tur çərçivəsində qarşılaşacaq.