Paris-2024 Yay Olimpiya Oyunlarında futbol oyunlarına start verilib.

Matc.az xəbər verir ki, dörd qrupda mübarizə aparan 16 komanda arasında ilk turun oyunları keçirilib.

Misir - Dominikan Respublikası qarşılaşmasında hesab açılmayıb. Ən çox qol Yaponiya - Paraqvay görüşündə qeydə alınıb. Yaponiya rəqib qapısından 5 cavabsız top keçirib.

Argentina - Mərakeş (1:2) qarşılaşması isə tarixə düşüb. Oyun rekord vatxda - 4 saat 7 dəqiqədən sonra yekunlaşıb. 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-sı təşkil olunacaq. Bağlanış mərasimi isə avqustun 11-nə təsadüf edəcək.

24 iyul
I tur
A qrupu

Qvineya – Yeni Zelandiya - 1:2
Fransa – ABŞ - 3:0

B qrupu

Argentina – Mərakeş - 1:2
İraq - Ukrayna - 2:1

C qrupu

Özbəkistan – İspaniya - 1:2
Misir – Dominikan Respublikası - 0:0

D qrupu

Yaponiya – Paraqvay - 5:0
Mali – İsrail - 1:1

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest