Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ikinci günündə növbəti yarışlar keçiriləcək. Matc.az xəbər verir ki, üç komanda növündə futbol, reqbi və həndbolda oyunlar olacaq.

Dünən kişi futbolçular mübarizəyə başlamışdılarsa, bu gün qadın komandalar yarışa qoşulacaq. Qadınların turnirində 6 oyun təşkil ediləcək. Reqbidə isə 6 matçla qrup mərhələsinə yekun vurulacaq və 1/4 finalın oyunları, eləcə də 9-12-ci yerlər uğrunda qarşılaşmalar baş tutacaq.

Həndbol yarışlarının ilk günündə qadınlar meydana çıxacaq və qrupun 6 qarşılaşması olacaq.

Olimpiadada fərdi idman növlərindən ilk olaraq kamandan oxatma yarışı keçiriləcək. Əvvəlcə qadınlar, ardından kişilər sıralama turunda qüvvələrini sınayacaqlar. Azərbaycan təmsilçisi Yaylagül Ramazanova Bakı vaxtı ilə saat 11:30-da startı veriləcək yarışda çıxış edəcək. O, Paris-2024-də mübarizəyə qoşulacaq ilk azərbaycanlı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest