Onlardan 4-ü - Balabəy Ağayav (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) püşkatmada səpələnmişlər sırasında yer alacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışlarının püşkü atılacaq. Matc.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da təşkil olunacaq.
Azərbaycan cüdoçularının da turnirdəki rəqibləri müəyyənləşəcək. Onlardan 4-ü - Balabəy Ağayav (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) püşkatmada səpələnmişlər sırasında yer alacaq.
Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə səpələnməmişlərdə olacaq.
Qeyd edək ki, Paris-2024-ün cüdo turnirində 122 ölkədən 378 idmançı mübarizə aparacaq.