01 Avqust 2024, 17:16
FUTBOL
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani karyerasını davam etdirmək qərarına gəlib. Matc.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıdıb.
O, “Eştrela Amadora” klubuna keçib. Nani yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Ulduz futbolçunun son klubu Türkiyə təmsilçisi “Adana Dəmirspor” olub.
Qeyd edək ki, Nani karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça”, “Valensiya”, “Latsio” kimi klubların formasını geyinib.