Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qrup hərəkətləri üzrə komandaların təsnifat mərhələsi başa çatıb.

Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün qrup hərəkətləri üzrə komandaların təsnifat mərhələsi başa çatıb.

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycan millisi 14 iştirakçı arasında 8-ci yeri tutub. Bununla da yığmamız final mərhələsinə vəsiqə qazanıb.

Gimnastlarımız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində hesabını 62,000 xala çatdırıb.

Qeyd edək ki, təsnifat mərhələsinin 8 ən yaxşısı sabah baş tutacaq final raundunda iştirak edəcək. Həlledici mərhələ sabha, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

*********

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Matc.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət üç lent və iki topla bacarıqlarını göstərib.

Yığma 28.150 xal toplayıb. Milli halqalarla hərəkətlərdə 33.850 xal toplamışdı.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

*********

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.

Milli 33.850 xala layiq görülüb.

Komandamız lentlərlə də bacarıqlarını nümayiş etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest