Fransa və İspaniya yığmalarının qarşılaşdığı 2024-cü il Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin finalı başa çatıb.

Matc.az xəbər verir ki, komandalar Parisdəki “Park des Princes” stadionunda üz-üzə gəliblər. Oyunu Ramon Abattinin (Braziliya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. İspaniya yığması 5:3 hesabı ilə qalib gəlib.

Hesabı 11-ci dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Enzo Milhaud açıb. 18-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fermin Lopes Martin fərqlənib və 7 dəqiqə sonra dubl edib. 28-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Aleks Baena cərimə zərbəsini mükəmməl yerinə yetirib. 79-cu dəqiqədə yarımmüdafiəçi Maqnes Akliuş Fransa millisində fərqi azaldıb. 90+3-cü dəqiqədə fransalı hücumçu Jan-Filip Mateta penaltidən hesabı bərabərləşdirib - 3:3.

İspaniya millisinə qələbəni 100-cü və 120+1-ci dəqiqələrdə fərqlənən hücumçu Serxio Kamello gətirib.

Qeyd edək ki, 2024-cü il Olimpiadasında futbol turniri iyulun 24-dən avqustun 9-dək baş tutub.

Son Olimpiya çempionu Braziliya yığması olub. Yaponiyada keçirilən turnirin finalında braziliyalılar İspaniya millisinə 2:1 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest