"Bundan sonra daha yaxşı hazırlaşmalıyam. Növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.

“Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı”. Matc.az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Vətənə qayıdan Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı jurnalistlərə açıqlama verib. O, güləşçilərimizin Olimpiadada açılışı yaxşı etmədiklərini dilə gətirib: “Bu isə komanda yoldaşlarıma mənfi təsir göstərdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Vətənə medalla döndüyüm üçün sevincliyəm. Bundan sonra daha yaxşı hazırlaşmalıyam. Növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest