03 May 2019, 00:02
DÖYÜŞ NÖVLƏRİ
Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilir. Matc.az saytının məlumatına görə, 50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb.
Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb.
Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.
Qeyd edək ki, ənənəvi turnirə bu gün yekun vurulacaq.