Paris-2024 Yay Olimpiya Oyunlarındakı tarixi uğur Hidayət və Zelimi 2200 xal qabağa salıb.

Cüdoçuların növbəti dünya reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) zirvədə qərarlaşıb.

Heydərov topladığı reytinq xallarının sayına (10004 xal) görə bütün çəki dərəcələri üzrə çıxış edən cüdoçular arasında birinci yerdədi. Paris-2024 Yay Olimpiya Oyunlarındakı tarixi uğur Hidayəti 2200 xal qabağa salıb.

İkinci pillədə 100 kq çəkidə Olimpiya çempionu olan digər idmançımız Zelim Kotsoyevdi (8512 xal). Paris-2024 Yay Oyunlarında qazanılan 2200 xal Zelimin ikinci yerə yüksəlməsinə səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest