Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Gənclik narkomaniyaya qarşı” adlı layihəsinin icrası çərçivəsində gənclər və yeniyetmələr arasında Qol Güləşi üzrə açıq Qazax rayon turniri keçirib.

Matc.az xəbər verir ki, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax Olimpiya İdman Kompleksinin tərəfdaşlığı ilə keçirilən turnirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib.

Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsi rəis müavini Elcin Cəfərov layihənin önəmi haqda danışıblar və turnir iştirakçılarına uğurlar arzulayıblar.

Qol güləşi üzrə Dünya və Avropa cempionları İsmayıl Mustafayev, Said Mustafazədə və Ramazan Rəstəmov turnir iştirakçılara təqdim olunublar. Onlar sağlam həyat tərzinin önəmi haqda iştirakçılara ətraflı məlumat veriblər.

Layihənin rəhbəri Azər Əliyev turniri açıq elan edib və iştirakçılar Dövlət himninini ifa etdikdən sonra Qol Güləşi turnirə start verilib.

Turnirdə 3 komandanın (Qazax, Ağstafa və Gəncə) 60-dan cox idmançısı iştirak edib. Gərgin idman mübarizəsi şəklində kecən görüşlər nəticəsində 9 cəki üzrə qaliblər müəyyən edilib. Qalib komandaların idmançıları diplom və medallarla mükafatlandırılıblar.

Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak ediblər və təşkilat komitəsinə öz minnətdarlığını bildiriblər.

Gərgin mübarizə şəraitində kecirilən qarşılaşmalarda nəaliyyətlər aşağidakı kimi olub.

Yeniyetmə və gənclər:

40 kq - I yer Tahir Əhmədzadə, II yer Namiq Orucov, III yer İbrahim Əliyev
50 kq - I yer Hüseyn Quluzadə, II yer Murad Kazımov, III yer Asim Musayev

55 kq - I yer Rəddin İlyaslı, II yer İlqar Namazlı, III yer Tapdıq Məmmədov
60 kq- I yer Röyal Qarayev, II yer İsmayıl Mustafayev, III yer Aqil Vəlizadə
65 kq - I yer Tunar Nağıyev, II yer Nihad Qurbanov, III yer Hüseyn Musayev
70 kq - I yer Numan Musayev, II yer Orxan Qarayev, III yer Rasim Kosayev
80 kq - I yer Amin Alıyev, II yer Yasin Qocayev, III yer Elmir Namazov

Böyüklər:

- 70 kq - I yer Xəyal Qasımzadə, II yer İsmət Tağıyev, III yer Ayxan Əhmədov
+ 70 kq - I yer Said Mustafazadə, II yer Royal Orucov, III yer Elmar Bayramov

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest