55 kq çəkidə çıxış edən Nihad Məmişov bütün rəqiblərini məğlub edərək ikinci dəfə dünya çempionu titulunu əldə edib.

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatında uğurlu çıxış ediblər. Matc.az xəbər verir ki, İdmançılarımız yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar.

55 kq çəkidə çıxış edən Nihad Məmişov bütün rəqiblərini məğlub edərək ikinci dəfə dünya çempionu titulunu əldə edib. Məmişovun bu uğuru Azərbaycanı medal cədvəlində ikinci yerə yüksəldib.

50 kq çəkidə yarışan Məhəmmədəli Hüsiyev isə əzmkarlıq sayəsində dünya çempionatının bürünc medalını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest