Azərbaycanın daha bir gənc cüdoçusu Avropa çempionatında qızıl medala sahib çıxıb. Matc.az xəbər verir ki, Estoniyanın paytaxtı Tallində keçirilən yarışda Vüsal Qələndərzadə (73 kq) həlledici görüşdən də üzüağ ayrılıb.

O, finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu üstələyib.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) Avropa çempionatının qızıl medalını qazanıblar. Nizami İmranov (60 kq) isə gümüş mükafatla kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest