Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 2-ci günə yekun vurulub. Matç.az saytı xəbər verir ki, 57, 65, 79 və 92 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Azərbaycan yığmasının 4 təmsilçisi xalça üzərinə çıxıb. Onlardan ikisi ilk, ikisi isə ikinci mərhələdən mundiala start verib.
Lakin yalnız Cəbrayıl Həsənov üçün yarış uğurlu alınıb. O, karyerasında ilk dəfə finala yüksəlib. Həsənov sabah keçiriləcək finalda amerikalı Kayl Duqlas Deyklə qarşılaşacaq.
Digər üç güləşçimiz uğursuz çıxışı ilə diqqət çəkib. Georgi Edişeraşvili 2 qələbə qazansa da, 1/4 finalda dayanıb.
Hacı Əliyev və Şərif Şərifov ilk görüşdə uduzaraq mübarizəni başa vurub.
Sərbəst güləş üzrə dünya çempionatı
21 oktyabr
57 kq
1/4 final - Georgi Edişeraşvili - Tomas Gilman (ABŞ) 0:4
1/8 final - Georgi Edişeraşvili - Sandip Tomar (İndoneziya) 2:2
Təsnifat - Georgi Edişeraşvili - Kumsonq Kanq (KXDR) 11:6
65 kq
Təsnifat - Hacı Əliyev - Alexandro Valdes Tobyer (Kuba) 0:2
79 kq
FİNAL - Cəbrayıl Həsənov - Kayl Duqlas Deyk (ABŞ)
1/2 final - Cəbrayıl Həsənov - İzzətullah Abbas Əkbərizarinkolayi (İran) 3:3
1/4 final - Cəbrayıl Həsənov - Əli Şabanov (Belarus) 6:2
1/8 final - Cəbrayıl Həsənov - Ethan Adrian Ramos (Puerto-Riko) 14:5
92 kq
1/8 final - Şərif Şərifov - Əlirza Məhəmməd Kərimimaçiani (İran) 0:7