14 Sentyabr 2024, 17:37
DİGƏR
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
Matc.az xəbər verir ki, yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə "Ferrari"nin monakolu pilotu Şarl Lekler imza atıb.
"McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.
Bu gün təşkil olunan üçüncü sərbəst yürüşdə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, ötən gün keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler birinci olublar.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.