Turanın 5, Əliabbasın isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənir.

Sərbəst güləş üzrə yığmamızın üzvləri Əliabbas Rzazadə və Turan Bayramov əməliyyat olunub. Matc.az xəbər verir ki, bu barədə Güləş Federasiyasından məlumat verilib.

Avropa ikincisi və U-23 dünya çempionu T.Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə həm sol çiynindən, həm də sol biləyindən əməliyyat edilib.

Hər iki cərrahiyyə əməliyyatı “Liv Bona Dea” hospitalında keçirilib.

Turanın 5, Əliabbasın isə 6 aydan sonra millinin təlim-məşq proseslərində iştirakı gözlənir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest