"Barselona"nın ən çox qazanan futbolçusunun adı bəlli olub. Matc.az xəbər verir ki, Robert Levandovski bu baxımdan komanda yoldaşlarından öndədi.

Polşalı hücumçu mövsüm ərzində 32 milyon avro qazanır. Onadək “Barsa”da ən çox qazanan futbolçu isə Frenki de Yonq sayılırdı.

Qeyd edək ki, 36 yaşlı Levandovski cari mövsümdə ümumilikdə 9 oyunda 7 qola imza atıb. Onun Kataloniya təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest