Almaniya prezidenti Frank-Valter Ştaynmayer "Borussiya" (Dortmund, Almaniya) və "Liverpul"un (İngiltərə) sabiq baş məşqçisi Yürgen Kloppu ordenlə təltif edib.

Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Almaniya qarşısındakı xidmətlərinə görə ordenə layiq görülüb.

Qeyd edək ki, Klopp "Liverpul"un baş məşqçisi postunu tərk etdikdən sonra karyerasını sonlandırdığını açıqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest