03 Oktyabr 2024, 16:45
FUTBOL
“WhoScored” şirkəti sentyabrın simvolik “11-liy”ini tərtib edib. Matc.az xəbər verir ki, cədvəldə “böyük beşlik” ölkələrində çıxış edən futbolçular yer alıb.
Maraqlıdı ki, “Milan”ın 2 futbolçusu sentyabrın ən yaxşı heyətinə düşüb.
Qapıçılar: Xeronimo Ruli (“Marsel” - 7,8 xal);
Müdafiəçilər: Covanni di Lorenzo (“Napoli” - 7,6), Dani Vivian (“Atletik” - 7,6), Ardian İsmaili (“Empoli” - 7,6), Teo Ernandes (“Milan” - 7,9);
Yarımmüdafiəçilər: Lamin Yamal (“Barselona” - 8,2), Ömar Marmuş (“Ayntraxt” – 8,9), Covani Lo Selso (“Betis” - 8,2), Rafael Leau (“Milan” - 7,9);
Hücumçular: Harri Keyn (“Bavariya” - 8,3), Kilian Mbappe (“Real” – 8,1).