"Bu yarış komandaların özləri ilə eyni gücdə olan rəqiblərlə qarşılaşmasına şərait yaradacaq şəkildə təşkil olunub. Lakin təəssüf ki, millimiz Kosovo və Farer adalarına məğlub oldu, yalnız Azərbaycanla görüşlərdə heç-heçə etdi".

"ölkə idmanına maliyyə yardımı edilməsi ilə bağlı qanun qəbul olunmalıdı. Biz güclü iqtidasiyyata sahib ölkəyik və idmana yatırım etməyə hazırıq". Matç.az saytının məlumatına görə, bunu Maltanın baş naziri Jozef Muskat deyib.

Yerli mətbuata açıqlama verən baş nazir ölkə idmanının hazırkı durumundan bəhs edib. O, Malta yığmasının Millətlər Liqasındakı çıxışına da münasibət bildirib: "Futbol üzrə yığma komandamızın Millətlər Liqasındakı çıxışı heç də yüksək səviyyədə olmadı. Bu turnirdə qət edilən məsafəyə baxdıqda ümumi nəticənin uğursuz olduğunu demək olar. Bu yarış komandaların özləri ilə eyni gücdə olan rəqiblərlə qarşılaşmasına şərait yaradacaq şəkildə təşkil olunub. Lakin təəssüf ki, millimiz Kosovo və Farer adalarına məğlub oldu, yalnız Azərbaycanla görüşlərdə heç-heçə etdi. Bu mənada U-21 yığmamızın çıxışı daha qənaətbəxşdi. Onlar Macarıstana qalib gəlib, Kiprlə bərabərə qalaraq, Avropa çempionatının seçmə mərhələsini daha yaxşı durumda bitirdilər".

Qeyd edək ki, D Liqasının III qrupunda yığmamızla eyni qrupda yer alan Malta yeganə xallarını məhz komandamızdan alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest