Bu gün Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gəncliyin Təşəbbüsü" maarifləndirmə ictimai birliyi "Gənclik narkomaniyaya qarşı" adlı layihə çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədi ilə gənclər və yeniyetmələr arasında Atıcılıq üzrə Qazax rayon turniri keçirildi.

Matc.az xəbər verir ki, turnirdə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat verib.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rüstəmov Ceyhun, Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətcisi İbrahimov Anar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayonu üzrə sədri Balayev Xasay və Qazax-Tovuz regional Təhsil idarəsinin əməkdaşı Orxan Əliyev turnir iştirakçılarına uğurlar arzuladılar və gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırdılar. Layihənin rəhbəri Azər Əliyev turniri açıq elan etdikdən sonra iştirakçılar Dövlət himnini ifa ediblər.

Mütəxəsislər tərəfindən turnirin qaydaları izah olunduqdan sonra Atıcılıq yarışına start verilib. Turnirdə 25 komandanın 100-dan cox yeniyetmə və gənci qeydiyyatdan keçib.

Turnir gərgin idman mübarizəsi şəklində davam edib və iki (fərdi və komanda) kateqoriya üzrə qaliblər müəyyən olunub.

Kateqoriyalar üzrə fərqlənən gənclər və onların nəticələri aşağıdakı kimi olub:

Fərdi kateqoriya:

I yer – Əliyev Nurlan (26 xal)
II yer – Abdurahmanov Kənan (25.5 xal)
III yer – Əliyev Mədəd (25 xal)
III yer – Osmanova Səma (25 xal)

Komanda üzrə:

I yer – Daş Salahlı 2 saylı məktəb komandası (65 xal)
II yer – BDU-nin Qazax filialı (54 xal)
III yer – Aşağı Salahlı kənd komandası (47 xal)

Qaliblər medal və diplomlarla mükafatlandırılıblar. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak ediblər.

Turnirin sonunda iştırakçılar belə tədbirlərin tez-tez kecirilməsinin vacibliyini vurğulayıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest