Fransa millisinin və "Real"ın hücumçusu Kilian Mbappe Millətlər Liqasının 3-cü turunda 4:1 hesabı ilə qalib gəldikləri İsraillə oyununda Stokholmda olub.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat paylaşıb.

Bildirirlrir ki, əvvəlcə Mbappe və bir neçə qohumu ilə restoranda nahar edib, sonra isə gecə klubuna gedib.

Futbolçunun bu səfəri klubu ilə razılaşdırılıb. "Real" məşqləri bərpa etməzdən əvvəl hücumçuya bir neçə gün istirahət verib. Mbappeyə fərdi məşq proqramı da verilib.

Xatırladaq ki, daha əvvəl Fransa millisinin baş məşqçisi Didye Deşam 25 yaşlı futbolçunun reabilitasiya kursu keçdiyi üçün milliyə çağırılmadığını bildirmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest