İspaniya millisinin müdafiəçisi Pedro Porro "Tottenhem"lə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist və insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, oyunçu və klub tərəfdaşlıqlarını davam etdirmək üçün şərtlər barədə razılığa gəliblər. Müqavilə 2031-ci ilin yayına qədər qüvvədədir və əlavə bir mövsüm üçün seçim mümkündür. İspaniyalı futbolçunun maaşı da artıb.

2025/26 mövsümündə Porro bütün yarışlarda 47 oyun keçirib, iki qol vurub və altı məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, ötən mövsüm London komandası Premyer Liqa turnir cədvəlində 17-ci yeri tutub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest