İki oğru İngiltərə milli komandasından Kanzas-Sitidəki məşq bazasına gedərkən 13.500 funt-sterlinq dəyərində avadanlıq və ləvazimat oğurlayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Bildirilir ki, həbs edildikdən sonra oğruların üzərində 250 funt-sterlinq dəyərində 4 cüt buts, 170 funt-sterlinq dəyərində 5 cüt ayaqqabı, bir neçə imzalı İngiltərə forması, dünya çempionatının rəsmi topu (160 funt-sterlinq) və bir cüt qapıçı əlcəyi (120 funt-sterlinq) olduğu aşkar edilib.

Oğrular həmçinin "Nike Air" idman ayaqqabılarının təsvir olunduğu "Lego" dəstini də oğurlayıblar.

Əşyaları oğurlayan şəxslərin 7 ilə qədər həbs cəzası nəzərdə tutan ağır cinayətlərdə ittiham olunduğu vurğulanır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest