Azərbaycanın cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanıb.

Matc.az xəbər verir ki, -81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tçkayev bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.

Rəşid Məmmədəliyev (-73 kq) isə bürünc mükafat uğrunda görüşdə uduzub.

Qeyd edək ki, Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest