Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb.

Matc.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın idmançıların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini üstələyib.

O, qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Sçulzanı hər iki setdə böyük fərqlə məğlub edərək turnirinin qalibi olub - 21:11,21:9.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest