Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində III turunda "Qarabağ" növbəti oyununa çıxıb.
Matc.az xəbər verir ki, təmsilçimiz doğma meydanda Niderlandın "Ayaks" klubunu qəbul edib.
İki nəfər azlıqda qalan "Qarabağ" rəqibinə 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qarabağ" I turda səfərdə "Tottenhem"ə, II turda isə evdə "Malmö"yə uduzub.
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
"Qarabağ" – "Ayaks" - 0:3
Qollar: Teylor, 36, Veqhorst, 74 (pen), Ekpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15, Elvin Cəfərquliyev, 79
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Qrim Stüart, Kalum Spens
Dördüncü hakim: Kristofer Qraham
VAR: Kevin Klensi
AVAR: Con Biton
Hakim-inspektor: Mehmet Murat Ilqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Tofiq Bəhramov adına Respublika Stadionu
"Qarabağ": Koxalski, Abbas Hüseynov, Kevin Medina, Bədavi Hüseynov (k), Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Zubir, Juninyo
Ehtiyat oyunçular: Sadiq Məmmədzadə, Fabian Buntiç, Addai, Bəhlul Mustafazadə, Riçard Almeyda, Kaşuk, Musa Qurbanlı, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade, Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Ayaks": Pasveyer, Xato, Şutalo, Ruqani, Rensx, Teylor, Henderson (k), Fits-Djim, Qodts, Veqhorst, Rasmussen
Ehtiyat oyunçular: Qorter, Ramay, Qoey, Veyndal, Brobbi, Ekpom, Ahmedcan Kaplan, Traore, Van den Boomen, Mokyo, Tahiroviç, Banel
Baş məşqçi: Françesko Farioli