Hazırda "Mançester Yunayted" və "Sportinq" Ruben Amorimin müqaviləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətini (şəxsin rəsmi olaraq işdən ayrılmadan əvvəl işləməli olduğu müddət) müzakirə edir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilir ki, xəbərdarlıq müddəti bir neçə həftə ola bilər və bu səbəbdən Amorim yaxın günlərdə "qırmızı şeytanlar"a rəhbərlik edə bilməyəcək.

Bununla belə, klublar müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gələ bilərlər ki, bunun sayəsində Amorim "Sportinq"i dərhal tərk edə biləcək.

Qeyd edək ki, mətbuatda Amorimin noyabrın 3-də, bazar günü baş tutacaq "Çelsi" ilə Premyer Liqa matçında "Mançester Yunayted"ə rəhbərlik edə biləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest