Mayın 10-11-də Braziliyanın Rio de Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək. Matc.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, martda Portuqaliyanın çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar.

Məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) ölkəmizi okeanın o tayında təmsil edəcək. Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.

Qeyd edək ki, Portuqaliyada Nəzəriani qızıl, İlyaslı və Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya çimərlik Oyunlarına lisenziya xalları verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest