Siyahıda birinci pillədə norveçli Maqnus Karlsen (2831) qərarlaşıb.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) noyabr ayı üçün reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov siyahıda 3 pillə irəliləyib.

O, 2738 əmsalla siyahının 15-ci pilləsində yer alıb. 2698 əmsala malik Teymur Rəcəbov isə 2 pillə geriləyərək, 33-cü yerə düşüb.

Rauf Məmmədov (2651) 90-cı yerdən 82-ci yerə yüksəldiyi halda, əvvəlki reytinq siyahısına düşə bilən Aydın Süleymanlı bu dəfə "100-lük"dən kənarda qalıb.

Qeyd edək ki, siyahıda birinci pillədə norveçli Maqnus Karlsen (2831) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest