06 Noyabr 2024, 15:53
FUTBOL
Yenidən zədələnən braziliyalı futbolçu Neymarın durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Dizindəki çarpaz bağın yırtılması səbəbindən bir ildən çox futbol oynamayan və ötən ay sıraya dönən Neymarın yenidən zədələnməsi onu sevənləri qorxutsa da, “sambaçı”nın zədəsi ciddi deyil. Tibbi müayinədən sonra onun əzələsində problem yarandığı üzə çıxıb.
32 yaşlı hücumçunun 2 həftədən sonra komandasına kömək edəcəyi qeyd olunub.