"Parken Sport & Entertainment" şirkəti "Kopenhagen" klubunun tam və ya qismən satılması imkanlarını nəzərdən keçirdiyini elan edib.
Matc.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytında dərc olunmuş bəyanatda məlumat yayıb.
Bildirilir ki, bu proses "Kopenhagen"in həm kişi, həm də qadın komandalarını, həmçinin şirkətin İsveçin "Ruseneord" klubundakı payını əhatə edir.
Klubun sahibləri "Parken" stadionu və ona bitkişik ofis binalarının sahibi olan "Parken Ejendomme" şirkətinin satılması məsələsinə də ayrıca baxacaqlar. Bununla belə, daşınmaz əmlakın satışı klubun sahiblərinin dəyişməsi üçün mütləq şərt deyil.
Şirkətdən izah ediblər ki, məqsəd idman nəticələrinə, infrastruktura və azarkeşlər üçün şəraitə gələcəkdə də investisiya qoyuluşunu davam etdirmək üçün imkanlar tapmaqdır. Yaxın vaxtlarda variantlar seçilmiş potensial investorlarla müzakirə olunacaq.
"Kopenhagen" adi rejimdə fəaliyyətini davam etdirəcək. Sahibləri vurğulayıblar ki, təkliflərin nəzərdən keçirilməsi hələlik müqavilənin bağlanacağına zəmanət vermir.













