"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqası tarixində 25 məhsuldar xal toplayan ən gənc futbolçu olub.

Matc.az xəbər verir ki, bu barədə "Transfermarkt" nəşri məlumat yayıb.

Bildirilir ki, ulduz futbolçu Çempionlar Liqasının 2026/27 mövsümünün II turunda "Qalatasaray"a qarşı keçirilən oyunda (4:1) iki məhsuldar ötürmə edib. Onun ötürmələrindən sonra Fermin Lopes və Entoni Qordon qol vurmaqla fərqləniblər.

İndi Yamalın turnirdə aktivində 12 vurulmuş qol və 14 məhsuldar ötürmə var. O, Kilian Mbappenin nailiyyətini geridə qoyub, ilk "üçlüy"ü isə Erlinq Haland bağlayır.

Xatırladaq ki, bu matçda "Barselona" mövsümün əvvəlindən bəri ardıcıl onuncu qələbəsini qazanıb. Hans-Diter Flikin yetirmələri kataloniyalıların 100 ildən çoxdur fəth edə bilmədiyi tarixi klub nailiyyətini təkrarlayıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest