Taekvondo üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıqlarını başa vurub. Matc.az-ın Azərbaycan Taekvondo Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, komanda sabah Mançesterə yollanacaq.

Mançester arenada təşkil ediləcək mundial ayın 15-də start götürəcək, 19-da isə başa çatacaq.

Qeyd edək ki, yığmamız səfərə 10 taekvondoçu ilə yollanacaq. Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) medallar uğrunda mübarizə aparacaq. Dünya çempionatına yollanan komandamıza Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest