11 turun nəticələrinə əsasən, azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni 7,5 xal toplayan Rauf Məmmədov göstərib. Digər təmsilçilərimiz ilk “20-lik”dən kənarda qalıblar.

Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb. Matc.az xəbər verir ki, o, vəsiqəni Monteneqroda keçirilən Avropa çempionatında əldə edib.

Məmmədov Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutub. 11 turun nəticələrinə əsasən, azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni 7,5 xal toplayan Rauf Məmmədov göstərib. Digər təmsilçilərimiz ilk “20-lik”dən kənarda qalıblar.

Qeyd edək ki, Avropa çempionatının qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest