Türkiyənin "Beşiktaş" komandasının futbolçusu Qabriel Paulista sıradan çıxıb.

Matc.az xəbər verir ki, Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə oyunda (1:3) zədələnən 35 yaşlı müdafiəçi 2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 16 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest