AFFA İntizam Komitəsi Gənclər Liqasının “Sumqayıt” – “Zirə” oyununda qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Kənan Hacıyev 5 oyunluq diskvalifikasiya olunub.

Buna səbəb mütəxəssisin hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətməsi olub.

“Zirə”nin futbolçusu Hüseyn Ağaverdiyev isə qələbəni “Sumqayıt”ın texniki zonasının qarşısında qeyd etdiyi üçün 2-si şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Ona 3 aylıq sınaq müddəti qoyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest