12 Dekabr 2024, 17:52
DİGƏR
18 yaşlı hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat üzrə dünya çempionu olub. Matc.az xəbər verir ki, o, şahmat tacı uğrunda mübarizədə 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

Sinqapurda keçirilən duelin həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionudu.
Qeyd edək ki, Dommaracu Qukeş 18-ci dünya çempionudu. O, həm də şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.