Hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat tacı uğrunda görüşdə çinli Din Lirenə qalib gələrək dünya çempionu olub.

Matc.az xəbər verir ki, o, Sinqapurda təşkil olunan turnirin sonuncu - 14-cü oyununda rəqibini məğlub edib.

18 yaşlı şahmatçı yekunda 7,5:6,5 hesablı qələbəyə sevinib.

Beləliklə, Qukeş 18-ci dünya çempionu olub. O, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest