Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib.

Matc.az xəbər verir ki, bu barədə "Satranc ökülü" kanalında FİDE ustası Selim Gürcan məlumat verib.

O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib.  Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar.

(Bakuplus.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest